Amerika Birləşmiş Ştatlarında Harvard Tibb Məktəbinin nəzdindəki morqun keçmiş rəhbəri 57 yaşlı Sedrik Lodj elmi araşdırmalar üçün nəzərdə tutulmuş insan qalıqlarının oğurlanması və qeyri-qanuni satışında şübhəli bilinərək saxlanılıb.
Presedenttv.com “People” qəzetinə istinadla xəbər verir ki, istintaq zamanı müəyyən olunub ki, o, beş il ərzində bədənlərini elm üçün vəsiyyyət edən insanların qalıqlarını oğurlayırmış. Müştəriləri ondan baş, beyin, dəri və sümüklər alıblar.
Bütün bu qalıqlar, öz bədənlərini elmi tədqiqatlar üçün könüllü şəkildə Harvard Universitetinə vəsiyyət etmiş şəxslərə məxsus olub. Donorluq şərtlərinə əsasən, tədqiqatlar başa çatdıqdan sonra mərhumun arzularına uyğun şəkildə cəsədlər ya kremasiya edilməli, ya dəfn olunmalı, ya da ailəyə qaytarılmalı idi. Lakin Lodj bədən hissələrini utilizasiyadan əvvəl oğurlayırdı.