Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
---
10-08-2026, 18:39
Misir Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə, bu kəşflər Nilin şərq deltasında - Dakahliya vilayətindəki Kom əl-Xilqan arxeoloji ərazisində aparılıb. Tapıntılar həmin ərazinin insan məskunlaşması və mədəni inkişaf tarixini vurğulayır.
Nazirlik bildirib ki, ən qədim tapıntılar eramızdan əvvəl IV minilliyin birinci yarısında Buto və Buto l kimi tanınan Aşağı Misir mədəniyyətinin birinci və ikinci mərhələlərinə aiddir.