Baş nazirin sözlərinə görə, artan su qıtlığı ilə üzləşən Misir bu layihənin “qeyri-ənənəvi, innovativ ideyalar” vasitəsilə dövlət aktivlərinin dəyərinin artırılmasına və torpaq qiymətlərinin yüksəldilməsinə kömək etməsini istəyir”.
“Reuters” xəbər verir ki, Qahirənin mərkəzindən 42 kilometr qərbdə yerləşən 6,8 milyon kvadratmetrlik Cirian şəhərinə hər gün təxminən 10 milyon kubmetr Nil suyu axacaq və bu, 2,28 milyon hektarlıq Yeni Delta layihəsinin suvarılmasına kömək edəcək.