Dikkat! Gizli yazıları görüntüleme yetkiniz bulunmuyor.“Zəvvarlara xidmət” proqramı çərçivəsindəki təşəbbüs 10 ölkədə yerləşən 17 keçid məntəqəsi vasitəsilə icra olunur. Bu ölkələrə Mərakeş, İndoneziya, Malayziya, Pakistan, Banqladeş, Türkiyə, Kot-d’İvuar və Maldiv, eləcə də bu il ilk dəfə olaraq təşəbbüsə qoşulan Seneqal və Bruney Darüssəlam daxildir.Bu çərçivədə iştirakçı ölkələrdən olan zəvvarların səfər prosedurları öz ölkələrində sadələşdirilmiş qaydada həyata keçirilir. Xidmətlərə həcc vizasının elektron qaydada verilməsi, Səudiyyə Ərəbistanına yola düşərkən hava limanında pasport prosedurlarının tamamlanması, sağlamlıq sənədlərinin yoxlanılması, eləcə də baqajların daşınma və yerləşdirmə planına uyğun olaraq kodlaşdırılması və çeşidlənməsi daxildir.