2025-ci ildə Almaniyada sığınacaq üçün müraciətlərin sayı 32 faiz azalıb
---
4-01-2026, 08:59
ötən il 168 543 sığınacaq müraciəti qeydə alınıb. Bu sahədə 2024-cü illə müqayisədə 82 mindən çox azalma müşahidə edilib. 2023-cü ildə isə sığınacaq müraciətlərinin sayı 351 mindən çox olub.
Azalmaya miqrasiya siyasətinin sərtləşdirilməsi, o cümlədən sərhədlərdə geri göndərmələrin sayının artırılması, ailə birləşməsinin müvəqqəti dayandırılması və digər tədbirlər səbəb olub.