Təşkilatın Baş katibi Ərgüc Kələntərli üzv dövlətləri humanitar təşəbbüsə dəstək göstərməyə çağırış edib.
Bununla əlaqədar İsrail hökuməti rəsmi şəkildə humanitar təşəbbüsə icazə verib. Bu icazə humanitar yardımın təhlükəsiz, koordinasiyalı və səmərəli şəkildə İsrail ərazisindən keçməklə zərərçəkmiş mülki əhaliyə çatdırılmasına imkan yaradacaq. BMMT rəhbərliyi qeyd edir ki, İsrail tərəfinin göstərdiyi konstruktiv əməkdaşlıq təşkilatın humanitar fəaliyyətlərinin fasiləsiz davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.