CNN telekanalı bu barədə özünün apardığı təhqiqata istinadla məlumat yayıb. Telekanal basdırılan cəsədlərin qida axtarışında humanitar yardım paylama məntəqələrinə çatmağa cəhd edərkən öldürülən fələstinli mülki şəxslərə aid olduğunu qeyd edib. CNN-in təhqiqatına görə, belə qəbirlər konkret olaraq BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən humanitar yardımın paylandığı Zıkım keçid məntəqəsi yaxınlığında var. Telekanal təhqiqat zamanı fotoşəkillərə, videolara və peyk görüntülərinə, eləcə də həm fələstinlilər, həm də İsrail ordusunun sabiq hərbçiləri arasında olan şahidlərlə müsahibələrə istinad edib.