İdmançılar səslərini və dolanmaqla bağlı çətinliklərini çatdırmaq üçün hərəkətə keçiblər. Dekabrın 3-də paralimpiya idmançılarının nümayəndə heyəti Parisdəki Şarl de Qoll Beynəlxalq hava limanında, “Sponsor axtarıram” yazılı plakatlarla səyahətçilərin diqqətini maliyyə çətinliklərinə cəlb etmək üçün toplaşıb. Səhər erkən saatlarda hava limanının “Terminal 1”in gəliş qapıları önündə toplaşan paralimpiya və olimpiya idmançısı bu problemə diqqət çəkməyə çalışıb.