Mançesterdən Cəbəllütariq istiqamətində uçan reys ilə Paris Şarl de Qoll hava limanına yollanan reys taksi hərəkəti zamanı bir-birinə toxunub.
Toqquşmadan sonra hava limanında bütün uçuşlar qısa müddətə dayandırılıb, zədələnmiş təyyarələrdə təhlükəsizlik yoxlaması aparılıb. Mançester hava limanı fəaliyyətini bərpa edib.
Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.