Bu barədə Latviya Dövlət Gömrük Komitəsinin saytında məlumat verilib.
Ödənişli elektron növbə sisteminin tətbiqi sərhəd-keçid məntəqəsində təhlükəsizliyin yaxşılaşdırılması və nəqliyyat sıxlığının qarşısının alınması məqsədi daşıyır. Yeni sistem “Qrebneva”, “Terexova” və “Paternieki” sərhəd-keçid məntəqələrində fəaliyyət göstərəcək.
Müəyyən edilmiş qaydalara əsasən, sürücülər sərhədə çatmazdan əvvəl buraxılış məntəqəsini, tarixi, vaxtı, növbə növünü göstərməklə, onlayn bronlaşdırma sistemində əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Bir nəqliyyat vasitəsi bron haqqı 9,3 avro təşkil edir.