“Sintszyan Jibao” qəzetinin yazdığına görə, bu model müəssisəyə malların yola salındığı yerdə və ya daşınma zamanı gömrük xidmətinə müvafiq bəyannamə təqdim etməyə imkan verir ki, bu da həmin sənədin yoxlanılması və risklərin təhlili daxil olmaqla əvvəlcədən bir sıra əməliyyatları həyata keçirməyə imkan verəcək. Daha sonra yük maşını sərhəd keçidindəki yoxlama yerinə çatdıqdan sonra sürətlənmiş rejimdə gömrükdən keçə biləcək ki, bu da saxlama və gözləmə vaxtını xeyli azaldacaq.