Bu barədə Böyük Britaniyanın Surrey Universitetinin mətbuat xidməti məlumat yayıb.
“Müasir dünyada bir çox şeylər insanın diqqəti üstündə rəqabət aparır. Biz sübut edə bildik ki, bu qabiliyyəti təhlükəsiz və effektiv şəkildə artırmaq mümkündür. Bu məqsədlə insan ev şəraitində müstəqil şəkildə istifadə edə biləcəyi beyin stimulyasiya sistemindən yararlana bilər. Bu, idrak qabiliyyətlərinin və bacarıqlarının artırılması üçün yeni imkanlar açır”, – deyə Surrey Universitetinin professoru Roy Kadoş bildirib.