• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib, 16 məsələ müzakirə olundu

Siyasət

3-02-2025, 19:00

Fevralın 3-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.
Presedenttv.com xəbər verir ki, Milli Məclisin sədri yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
Sonra çıxış edən Sahibə Qafarova ötən sessiyanı uğurlu adlandırıb, parlamentin beynəlxalq fəaliyyətinin sessiyalar arasındakı dövrdə də davam etdiyini vurğulayıb.
O, yaz sessiyasının qanunvericilik işləri planının hazırlandığını diqqətə çatdırıb.
Sonra iclasın gündəliyi qəbul edilib və cari məsələlərin müzakirəsinə başlanılıb.
Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, deputatlar Aydın Mirzəzadə, Şahin İsmayılov, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Mahir Süleymanlı, Hikmət Məmmədov, Mircəlil Qasımlı, Vüqar İskəndərov, Mehriban Vəliyeva, Azər Kərimli gündəmdə olan məsələlər barədə fikirlərini bölüşüblər.
Daha sonra gündəlikdəki 16 məsələnin müzakirəsi keçirilib. İlk 4 məsələ Milli Məclisin qərar layihələri olub.
Əvvəlcə parlamentin qanunvericilik işləri planı haqqında qərar layihəsi qəbul edilib.
Sonra Milli Məclisin 7 üzvdən ibarət Hesablayıcı komissiyası, 11 üzvdən ibarət İntizam komissiyası yaradılıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə məsələ ilə əlaqədar çıxış edib. Hazırda parlamentdə 103 dostluq qrupunun fəaliyyət göstərdiyini deyən Səməd Seyidov Oman Sultanlığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının vacibliyindən danışıb. O, işçi qrupunun rəhbəri qismində deputat Səbinə Salmanovanın namizədliyinin təklif edib.
Milli Məclisin bu qərar layihəsi də səsə qoyularaq qəbul olunub.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in və “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihələri barədə məlumat verib.
Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Layihədə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin və “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsviri”nin təsdiq edilməsi məsələləri öz əksini tapıb.
Yubiley medalı haqqında Əsasnamədə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təltif edildiyi təsbit olunur.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətindən söhbət açıb. O, Prezidentin müvafiq fərman və sərəncamları ilə 2018-ci ildən başlayaraq ölkədə sosial islahatların həyata keçirildiyini, bugünədək dörd dərin sosial islahatlar zərfinin qəbul edildiyini və bunun nəticəsində 4 milyondan çox soydaşımızın pensiyalarının, əməkhaqlarının, müavinətlərinin, təqaüdlərinin, ünvanlı sosial yardımlarının və digər sosial təminatlarının yüksəldiyini diqqətə çatdırıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib.
Qanun layihələri bir oxunuşda səsə qoyularaq qəbul edilib.
Növbəti 2 məsələ üçüncü oxunuşda olan qanun layihələri olub.
Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.
Qanun layihələri üçüncü oxunuşda qəbul olunub.
Növbəti beş qanun layihəsi isə birinci oxunuşda təqdim edilib.
Azər Əmiraslanov “Aviasiya haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Bildirilib ki, Qanunun 4-cü və 5-ci fəslinin müddəaları aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasının nəticələri barədə hesabatın hazırlanması məsələlərini tənzimləyir. Aviasiya hadisələri və insidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindən araşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri nəzərə alınaraq, qanunun 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq tənzimlənməsi təklif olunur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.
O, sənədin “Dövlət satınalmaları haqqında” yeni Qanunun icrası məqsədilə hazırlandığını, layihədə həm cinayət, həm də inzibati məsuliyyətə səbəb olan dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması hallarının yeni qanunun tələblərinə uyğun olaraq müəyyən edildiyini söyləyib.
Dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 308.2.1-ci – 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda zərər vurulduqda yaranır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Layihədə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması da təklif edilir.
Gündəliyin on dördüncü məsələsi olan “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova məlumat verib. O vurğulayıb ki, sənədin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir.
Bildirilib ki, layihədə nəzərdə tutulan dəyişikliklər nəticəsində əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz dərəcəsi ilə verginin tutulması təmin ediləcək, satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək, əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək, həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək. Nigar Məmmədova vurğulayıb ki, bu layihə ilə əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur.
Növbəti məsələ - “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Komitə sədri bildirib ki, layihə icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirləri görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə təklif olunub.
Gündəliyin sonuncu məsələsi - Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsinə dair məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov təqdim edib. Diqqətə çatdırılıb ki, layihə sosial kirayə müqaviləsi əsasında dövlət və ya bələdiyyə mənzil fondundan yaşayış sahəsi əldə edilməsinin, və ya yaşayış sahəsinə ehtiyacı olan həssas kateqoriyaya aid şəxslərin uçota götürülməsinin hüquqi əsaslarının təkmilləşdirilməsini nəzərdə tutur.
Təklif olunan dəyişikliklərdən danışan Nurlan Həsənov bildirib ki, 2025-ci ilədək şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan və həssas təbəqədən olan digər şəxslərə 15600 mənzil və fərdi ev verilib.
Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Paylaş:
Digər xəbərlər

Araşdırma

24-01-2025, 20:28

Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlandı

Gündəm / Siyasət

27-11-2024, 06:45

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edildi

Dünya

20-01-2025, 16:30

Tbilisidə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilir

Gündəm

16-11-2024, 21:37

Nazir: COP29-da iqlim maliyyəsi öhdəliyinin 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıq əldə olundu

Gündəm

30-01-2025, 16:10

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
28-08-2026, 23:30
Naxçıvanda avtomobil piyadanı vurub
28-08-2026, 18:30
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
23-08-2026, 12:39
Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Bugün, 01:54
    Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
  • Dün, 23:30
    Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib
  • Dün, 23:00
    Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb
  • Dün, 22:10
    ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
  • Dün, 21:30
    Mirzoyan Ermənistanın yeni diplomatik hədəflərini açıqladı
  • Dün, 20:00
    Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb
  • Dün, 20:00
    Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib
  • Dün, 17:30
    Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI
  • Dün, 17:00
    Gözəl Zutova dünya çempionu oldu - FOTO
  • Dün, 15:00
    Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir
  • Dün, 13:30
    Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı
  • Dün, 12:00
    Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək
  • Dün, 10:00
    Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb
  • Dün, 10:00
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • Dün, 09:30
    Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var
  • Dün, 07:00
    Sabiq deputat tələbə oldu
  • 28-08-2026, 23:30
    Naxçıvanda avtomobil piyadanı vurub
  • 28-08-2026, 22:30
    Hesablama Palatasında kollegiya iclası olub
  • 28-08-2026, 22:00
    Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır
  • 28-08-2026, 21:30
    Qusarın Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binaları inşa olunacaq
  • 28-08-2026, 18:30
    Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
  • 28-08-2026, 18:00
    ® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır
  • 28-08-2026, 17:30
    "Qarabağ"ın sabiq baş məşqçisi: Məğlubiyyəti qəbul etmək çətindir
  • 28-08-2026, 17:00
    Norveç kralı vəfat etdi
  • 28-08-2026, 13:02
    Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək
  • 28-08-2026, 12:59
    ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
  • 28-08-2026, 12:49
    Çinin Tibet bögəsindəki daşqında ölənlərin sayı artıb
  • 28-08-2026, 12:45
    Harri Keyn Bundesliqada tarixi rekorda yaxınlaşır
  • 28-08-2026, 12:42
    Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar
  • 28-08-2026, 09:30
    İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək
  • 27-08-2026, 23:00
    Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
  • 27-08-2026, 22:44
    Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
  • 27-08-2026, 22:36
    Elnarə Təhməzova tələbə oldu
  • 27-08-2026, 22:29
    Maksim Qalkinin Bakı paylaşımı - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə