• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Özbək deputat: Azərbaycanın C5 formatına qoşulması son illərin ən mühüm regional proseslərindən biridir

Siyasət

23-08-2026, 12:05

Özbək deputat: Azərbaycanın C5 formatına qoşulması son illərin ən mühüm regional proseslərindən biridir






 Özbəkistanla Azərbaycan arasında münasibətlər siyasi dialoqun genişləndirilməsi mərhələsindən qəbul edilmiş qərarların ardıcıl və səmərəli icrası mərhələsinə keçib. 2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası əlaqələrin ən yüksək səviyyəsini müəyyənləşdirib. Ali Dövlətlərarası Şuranın yaradılması isə bu münasibətlərin davamlı koordinasiyası üçün mühüm institusional mexanizm formalaşdırıb.

Presedenttv.com Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı Azamat Pardayevin AZƏRTAC-a açıqlamasına istinadən xəbər verir.

O bildirib ki, parlamentlər baxımından bu proses xüsusi əhəmiyyət daşıyır. Çünki müttəfiqlik münasibətlərinin real nəticələri siyasi razılaşmaların hüquqi mexanizmlərlə təmin olunmasından və qəbul edilmiş qərarların dövlət institutları tərəfindən ardıcıl icrasından asılıdır. Bu baxımdan çərçivə xarakterli Müqavilənin konkret öhdəliklər sistemi ilə tamamlanması mühüm addımdır. 2025-ci ildə onun 2025–2029-cu illər üzrə icrasına dair “Yol xəritəsi” təsdiqlənib. Eyni zamanda, sənaye kooperasiyası, elm və təhsil, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, sosial müdafiə, ekologiya, gəmiçilik və gəmiqayırma sahələrində bir sıra proqram və sazişlər qəbul edilib. Beləliklə, müttəfiqlik münasibətləri artıq iqtisadi və siyasi əməkdaşlıqla məhdudlaşmır, milli qanunvericiliklə birbaşa tənzimlənən sahələri də əhatə edir. Bu isə parlamentlərin qarşısında hüquqi maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və əməkdaşlıq üçün əlverişli şəraitin yaradılması kimi mühüm vəzifələr qoyur.

Azamat Pardayevin sözlərinə görə, bu prosesdə parlament diplomatiyasının rolu da artır. 2025-ci ilin iyulunda Xivədə keçirilmiş Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu çərçivəsində Xivə Bəyannaməsi, 2025–2026-cı illər üzrə əməkdaşlıq “Yol xəritəsi” və Parlamentlərarası Komissiyanın Reqlamenti qəbul edilib. Bu sənədlər parlamentlərarası əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirir.

“İqtisadi göstəricilər də ikitərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyini göstərir. 2026-cı ilin yanvar-may aylarında iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 40 faiz artıb. Qarşıya qoyulan strateji hədəf isə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasıdır. Cari ilin iyulunda Daşkənddə Hökumətlərarası Komissiyanın 15-ci iclasının keçirilməsi də iqtisadi əməkdaşlığın genişlənməsinə olan qarşılıqlı marağı göstərir. İclasda sənaye, geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı, əczaçılıq, elektrotexnika, ərzaq sənayesi və tikinti materialları sahələrində birgə layihələr müzakirə olunub. Əməkdaşlığın belə miqyasında həlledici amil artıq yalnız kapitalın mövcudluğu deyil, həm də hüquqi tənzimləmənin keyfiyyətidir – investisiyaların qorunması, prosedurların şəffaflığı, standartların uyğunluğu və sahibkarlar üçün qaydaların proqnozlaşdırıla bilməsidir”, - deyə parlamentari bildirib.

Müttəfiqliyin yalnız ticarət həcmi ilə məhdudlaşmadığını deyən A.Pardayev qeyd edib ki, ikitərəfli sənədlər paketində əmək fəaliyyəti və vətəndaşların hüquqlarının müdafiəsi, təhsil və elm, sosial müdafiə, turizm və regionlararası əlaqələrə dair məsələlər də yer alıb. Məhz burada parlament yanaşması xüsusilə prinsipial əhəmiyyət daşıyır.

“Müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil, cəmiyyət səviyyəsində də onun üstünlükləri hiss olunduğu zaman davamlı xarakter alır. Burada daha geniş strateji aspekt də var. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına (C5) tamhüquqlu iştirakçı kimi qoşulması son illərin ən mühüm regional proseslərindən biridir. Bu addım nəqliyyat marşrutlarının, energetikanın, ticarətin və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi bağlılığın əlaqələndirilmiş inkişafı üçün imkanları genişləndirir. Parlamentlər üçün bu, ikitərəfli əməkdaşlığa daha geniş prizmadan baxmaq zərurəti də yaradır: söhbət yalnız iki dövlət arasındakı münasibətlərdən deyil, yeni hüquqi və institusional qərarlar tələb edəcək formalaşmaqda olan regional qarşılıqlı fəaliyyət arxitekturasının bir hissəsi olan əməkdaşlıqdan gedir”, - deyə o əlavə edib.

Deputat sonda vurğulayıb ki, Özbəkistanın dövlət müstəqilliyinin 35 illiyi ərəfəsində bu proses xüsusi məna kəsb edir. Müstəqillik illərində ölkəmiz ən mühüm nailiyyətə – milli maraqları müstəqil şəkildə müəyyənləşdirmək və xarici siyasəti suveren seçim əsasında qurmaq imkanına sahib olub. Bu gün həmin siyasətin yetkinliyi digər dövlətlərdən uzaqlaşmaqda deyil, əksinə, Özbəkistanın bərabərhüquqlu əsasda möhkəm ittifaqlar qurmaq, etimad məkanı yaratmaq və xalqın uzunmüddətli maraqlarına cavab verən qərarları irəli aparmaq bacarığında özünü göstərir. Azərbaycanla müttəfiqlik münasibətləri siyasi müstəqilliyin beynəlxalq nüfuza, davamlı tərəfdaşlığa və yeni inkişaf imkanlarına necə çevrildiyini nümayiş etdirən parlaq nümunələrdən biridir.

Paylaş:
Digər xəbərlər

Müsahibə

23-08-2026, 12:55

Azərbaycan və özbək dillərinin müqayisəli tədqiqi elmi əlaqələrin inkişafına töhfə verir

Müsahibə

23-08-2026, 12:46

Azərbaycan-Özbəkistan əlaqələri yeni strateji mərhələyə qədəm qoyur - ŞƏRH

İqtisadiyyat

1-06-2026, 15:00

Vüqar Bayramov: Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi və enerji potensialını nümayiş etdirir

Siyasət

18-04-2025, 15:36

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul etdi.

Siyasət

26-05-2025, 07:48

Cənubi Afrika Respublikasında Azərbaycanın Müstəqillik Günü qeyd olundu

Araşdırma
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Tahir Əmiraslanovun yerinə o təyin olundu
Hadisə
Dün, 23:30
Naxçıvanda avtomobil piyadanı vurub
Dün, 18:30
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
23-08-2026, 12:39
Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Bugün, 15:00
    Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir
  • Bugün, 13:30
    Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı
  • Bugün, 12:00
    Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək
  • Bugün, 10:00
    Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb
  • Bugün, 10:00
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • Bugün, 09:30
    Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var
  • Dün, 23:30
    Naxçıvanda avtomobil piyadanı vurub
  • Dün, 22:30
    Hesablama Palatasında kollegiya iclası olub
  • Dün, 22:00
    Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır
  • Dün, 21:30
    Qusarın Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binaları inşa olunacaq
  • Dün, 18:30
    Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
  • Dün, 18:00
    ® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır
  • Dün, 17:30
    "Qarabağ"ın sabiq baş məşqçisi: Məğlubiyyəti qəbul etmək çətindir
  • Dün, 17:00
    Norveç kralı vəfat etdi
  • Dün, 13:02
    Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək
  • Dün, 12:59
    ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
  • Dün, 12:49
    Çinin Tibet bögəsindəki daşqında ölənlərin sayı artıb
  • Dün, 12:45
    Harri Keyn Bundesliqada tarixi rekorda yaxınlaşır
  • Dün, 12:42
    Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar
  • Dün, 09:30
    İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək
  • 27-08-2026, 23:00
    Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
  • 27-08-2026, 22:44
    Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
  • 27-08-2026, 22:36
    Elnarə Təhməzova tələbə oldu
  • 27-08-2026, 22:29
    Maksim Qalkinin Bakı paylaşımı - Fotolar
  • 27-08-2026, 22:00
    Azərbaycanın xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında iştirak edib
  • 27-08-2026, 21:30
    Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb
  • 27-08-2026, 15:30
    “Qarabağ”-“Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
  • 27-08-2026, 14:51
    Ölkənin ən varlı sənətçisi odur
  • 27-08-2026, 12:58
    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
  • 27-08-2026, 11:30
    Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib
  • 27-08-2026, 11:00
    Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI
  • 27-08-2026, 10:48
    “Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib
  • 27-08-2026, 10:30
    Dünya birjalarında neft ucuzlaşıb
  • 27-08-2026, 10:19
    Qızıl və gümüşün bahalaşması davam edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə