• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakıda xristianlar Milad bayramı keçirdilər

Maraqlı

7-01-2025, 01:32

Yanvarın 6-dan 7-nə keçən gecə pravoslav xristianlar Milad bayramını qeyd ediblər. Yeni dövrün başlanğıcını qoyan İsa peyğəmbərin mövludu gününü bütün dünyada olduğu kimi, Azərbaycanda da xristian icması tərəfindən hər il qeyd olunur. Presedenttv.com xəbər verir ki, pravoslav xristianlar böyükdən-kiçiyə, dini bayramlarında kilsəyə gəlir, dua edir, şam yandırırlar. Onlar noyabrın 28-dən yanvarın 6-na kimi oruc tutaraq buna 40 gün hazırlaşırlar. Kilsələrdə zənglər çalınır, dualar oxunur, Vifleyemdən gətirilmiş odla şamlar yandırılır.
Milad möminlər üçün ən böyük bayramlardan biridir. Onlar Xilaskar İsanın mövludu gününü öz dinlərinin yarandığı gün hesab edirlər.
Azərbaycanda xristianlığın çox qədim tarixi var. Təsadüfi deyil ki, Qafqazda ilk xristian kilsələri məhz bizim ölkədə yaranıb. Əsrlər boyu dünya dinləri torpağımızda dinc yanaşı yaşamış, insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasında əvəzsiz tarixi rol oynamışdır. Azərbaycanda heç vaxt milli-irqi ayrı-seçkilik və ya dini dözümsüzlük halları olmayıb.
Unikal geosiyasi məkanda yerləşən Azərbaycanın tarixi və mədəniyyətində bütün dünya dinlərinin yüksək mənəvi dəyərləri əks olunub.
Tarixən formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyyələndirən gözəl ənənəyə çevrilib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri konsepsiyasının uğurla həyata keçirilməsi nəticəsində bu ənənə daha da inkişaf etməyə və zənginləşməyə başladı.
Ölkəmizin rəhbərliyi Azərbaycanda sülhün, əmin-amanlığın, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində səylərini davam etdirir.
Qeyd edək ki, nümayəndələri ölkəmizin tamhüquqlu vətəndaşları olan pravoslav xristian icması öz dil və mədəniyyətini, inancını qoruyub saxlayaraq, öz milli və dini bayramlarını azad şəkildə qeyd edir, Azərbaycanda böyük quruculuq işlərində, dövlət müstəqilliyinin möhkəmləndirilməsində öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Ölkəmizin bütün xristian icmasına cansağlığı və xoşbəxtlik arzulayan dövlət başçısı müraciətində qeyd edib: “Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir.
Cəmiyyətimizdə demokratik, hüquqi dövlətçilik prinsipləri, mütərəqqi dövlət – din münasibətləri bərqərar edilmişdir. Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir. Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”.
Azərbaycanın paytaxtında Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında Milad bayramı mərasimi başlamazdan əvvəl kilsənin baş keşişi, Bakı və Azərbaycan yeparxiyasının katibi Arximandrit Aleksi (Nikonorov) jurnalistlərə müsahibəsində deyib: “Xristianları və bütün Azərbaycan vətəndaşlarını Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İsanın mövludu günü bütün bəşəriyyətin həyatında yeni bir mərhələdir, çünki bütün qədim peyğəmbərliklərdə insanın Allahla barışmasının məhz burada və indi baş verəcəyi deyilir. İsa Peyğəmbər bu dünyaya bir vaxtlar Ədən bağında günah işlətmiş, ilkin günah işlətmiş və indi bütün əməllərində və səylərində bağışlanma və Allahın köməyini alan bəşəriyyəti yenidən birləşdirmək üçün gəldi”-deyə Arximandrit Aleks bildirib.

Paylaş:
Digər xəbərlər

Dünya

22-12-2024, 23:07

Roma Papası Milad bayramında münaqişə zonalarında atəşkəsə çağırdı

Dünya

20-12-2024, 08:21

Səkkiz il əvvəl Berlində törədilmiş terror aktı qurbanlarının xatirəsi anıldı

Dünya

23-12-2024, 10:48

İtalyanlar Milad alış-verişinə 9 milyard avroyadək vəsait xərcləyəcəklər

Gündəm / Mədəniyyət

9-11-2024, 07:42

Bu gün Azərbaycanda bayraq günü qeyd olunur

Dünya

21-11-2024, 09:19

İsveç iqlim reytinqində mövqelərini itirir

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
28-08-2026, 23:30
Naxçıvanda avtomobil piyadanı vurub
28-08-2026, 18:30
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
23-08-2026, 12:39
Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Bugün, 01:54
    Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
  • Dün, 23:30
    Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib
  • Dün, 23:00
    Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb
  • Dün, 22:10
    ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
  • Dün, 21:30
    Mirzoyan Ermənistanın yeni diplomatik hədəflərini açıqladı
  • Dün, 20:00
    Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb
  • Dün, 20:00
    Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib
  • Dün, 17:30
    Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI
  • Dün, 17:00
    Gözəl Zutova dünya çempionu oldu - FOTO
  • Dün, 15:00
    Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir
  • Dün, 13:30
    Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı
  • Dün, 12:00
    Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək
  • Dün, 10:00
    Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb
  • Dün, 10:00
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • Dün, 09:30
    Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var
  • Dün, 07:00
    Sabiq deputat tələbə oldu
  • 28-08-2026, 23:30
    Naxçıvanda avtomobil piyadanı vurub
  • 28-08-2026, 22:30
    Hesablama Palatasında kollegiya iclası olub
  • 28-08-2026, 22:00
    Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır
  • 28-08-2026, 21:30
    Qusarın Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binaları inşa olunacaq
  • 28-08-2026, 18:30
    Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
  • 28-08-2026, 18:00
    ® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır
  • 28-08-2026, 17:30
    "Qarabağ"ın sabiq baş məşqçisi: Məğlubiyyəti qəbul etmək çətindir
  • 28-08-2026, 17:00
    Norveç kralı vəfat etdi
  • 28-08-2026, 13:02
    Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək
  • 28-08-2026, 12:59
    ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
  • 28-08-2026, 12:49
    Çinin Tibet bögəsindəki daşqında ölənlərin sayı artıb
  • 28-08-2026, 12:45
    Harri Keyn Bundesliqada tarixi rekorda yaxınlaşır
  • 28-08-2026, 12:42
    Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar
  • 28-08-2026, 09:30
    İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək
  • 27-08-2026, 23:00
    Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
  • 27-08-2026, 22:44
    Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
  • 27-08-2026, 22:36
    Elnarə Təhməzova tələbə oldu
  • 27-08-2026, 22:29
    Maksim Qalkinin Bakı paylaşımı - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə