• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Azercell” “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb

İqtisadiyyat

20-08-2026, 12:00

“Azercell” insan kapitalının inkişafı və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi layihələrlə “2026 Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb.

İnsan kapitalının idarəedilməsi sahəsində qabaqcıl proqram və həllərin qiymətləndirildiyi beynəlxalq müsabiqədə şirkətin “İnsan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası” layihəsi qızıl, IE Business School ilə birgə hazırladığı “Liderlik bacarıqlarının inkişafı proqramı” gümüş, “AI Bootcamp” layihəsi isə bürünc mükafata layiq görülüb.

“İnsan kapitalına investisiya şirkətimizin uzunmüddətli inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq biz müasir texnologiya və rəqəmsal həllər tətbiq etməklə yanaşı, bu transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki, texnoloji transformasiyanın real dəyəri məhz insanların yeni imkanlardan səmərəli şəkildə istifadə edərək onları real biznes nəticələrinə çevirə bilməsi ilə formalaşır”, – deyə “Azercell”in İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova qeyd edib.

“Azercell” şirkət miqyasında RPA və süni intellekt həllərinin tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal transformasiyasını davam etdirir. Bu transformasiya insan kapitalının idarəedilməsini də əhatə edir. “SAP SuccessFactors” platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının 80–90 faizi avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma həlləri proseslərin səmərəliliyini artırır və məlumat əsaslı qərarvermə imkanlarını genişləndirir.

“Azercell” əməkdaşlarının davamlı inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə də xüsusi önəm verir. “IE Business School” ilə birgə hazırlanan “Liderlik bacarıqlarının inkişafı proqramı” şirkət əməkdaşlarında özünüidarəetmə, təşəbbüskarlıq, məsuliyyət və qərarvermə bacarıqlarının, rəhbərlərdə isə komandanın effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi bacarıqlarının gücləndirilməsini nəzərdə tutur.

Eyni zamanda, şirkət gənclərin gələcəyin texnoloji bacarıqlarına yiyələnməsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır. “Azercell”in dəstəyi ilə həyata keçirilən “AI Bootcamp” ölkənin müxtəlif universitetlərində təhsil alan tələbələrə süni intellekt üzrə biliklərini dərinləşdirmək və AI texnologiyalarının real tətbiqi üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Layihə ölkədə süni intellekt sahəsində gənc istedadların yetişdirilməsinə və gələcəyin əmək bazarı üçün zəruri kompetensiyaların formalaşdırılmasına xidmət edib.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan layihələr müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən biznes ehtiyaclarına uyğunluq, proqramların hazırlanması və tətbiqi, innovativ yanaşma və ölçülə bilən nəticələr kimi meyarlar əsasında qiymətləndirilir. “Azercell”in əldə etdiyi nəticə şirkətin texnoloji transformasiya və insan kapitalının inkişafına verdiyi önəmin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini əks etdirir.

Paylaş:
Digər xəbərlər

---

4-12-2025, 12:07

Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq simpoziumda təmsil olunur

---

23-07-2025, 18:00

“Microsoft” Paris Notr-Dam kilsəsinin “rəqəmsal əkizi”ni yaradacaq

Mədəniyyət

13-07-2026, 21:09

“Yay Fest 2026”ya start verilib

Gündəm / Siyasət

16-11-2024, 16:16

Nazir: Özbəkistanla Azərbaycan “yaşıl enerji”dən istifadəni genişləndirməyi planlaşdırır

İqtisadiyyat

20-07-2026, 12:55

Qazaxıstan şirkəti Azərbaycanda istiqraz buraxmağa hazırlaşır

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
28-08-2026, 23:30
Naxçıvanda avtomobil piyadanı vurub
28-08-2026, 18:30
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
23-08-2026, 12:39
Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 13:00
    Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq
  • Dün, 01:54
    Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
  • 29-08-2026, 23:30
    Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib
  • 29-08-2026, 23:00
    Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb
  • 29-08-2026, 22:10
    ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
  • 29-08-2026, 21:30
    Mirzoyan Ermənistanın yeni diplomatik hədəflərini açıqladı
  • 29-08-2026, 20:00
    Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb
  • 29-08-2026, 20:00
    Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib
  • 29-08-2026, 17:30
    Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI
  • 29-08-2026, 17:00
    Gözəl Zutova dünya çempionu oldu - FOTO
  • 29-08-2026, 15:00
    Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir
  • 29-08-2026, 13:30
    Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı
  • 29-08-2026, 12:00
    Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək
  • 29-08-2026, 10:00
    Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb
  • 29-08-2026, 10:00
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 29-08-2026, 09:30
    Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var
  • 29-08-2026, 07:00
    Sabiq deputat tələbə oldu
  • 28-08-2026, 23:30
    Naxçıvanda avtomobil piyadanı vurub
  • 28-08-2026, 22:30
    Hesablama Palatasında kollegiya iclası olub
  • 28-08-2026, 22:00
    Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır
  • 28-08-2026, 21:30
    Qusarın Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binaları inşa olunacaq
  • 28-08-2026, 18:30
    Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
  • 28-08-2026, 18:00
    ® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır
  • 28-08-2026, 17:30
    "Qarabağ"ın sabiq baş məşqçisi: Məğlubiyyəti qəbul etmək çətindir
  • 28-08-2026, 17:00
    Norveç kralı vəfat etdi
  • 28-08-2026, 13:02
    Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək
  • 28-08-2026, 12:59
    ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
  • 28-08-2026, 12:49
    Çinin Tibet bögəsindəki daşqında ölənlərin sayı artıb
  • 28-08-2026, 12:45
    Harri Keyn Bundesliqada tarixi rekorda yaxınlaşır
  • 28-08-2026, 12:42
    Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar
  • 28-08-2026, 09:30
    İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək
  • 27-08-2026, 23:00
    Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
  • 27-08-2026, 22:44
    Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
  • 27-08-2026, 22:36
    Elnarə Təhməzova tələbə oldu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə