Vatikan Papa Fransiskin tabutdakı şəkillərini paylaşıb
Dünən dünyasını dəyişən katolik dünyasının ruhani lideri Papa Fransiskin cənazəsi Vatikanda açıq tabuta qoyulub.
Papanın fotoşəkilləri Casa Santa Marta Chapel-də çəkilib. Şəkillərdə Papanın qırmızı liturgik paltarında, papalıq başlığını geyinmiş və əlində təsbehlə açıq taxta tabutun içində olduğu görünür.