PresedentTv.com xəbər verir ki, ABŞ-ın bütün 50 ştatında Trampın siyasətinə etiraz edilir.
Paytaxt Vaşinqton və Nyu-York başda olmaqla, ölkə daxilində “Əlləri kəsin” adlı nümayişlərə on minlərlə vətəndaş qatılıb.
Vaşinqton Abidə Parkına toplaşan minlərlə insan əllərində pankart və lövhələr, eləcə də ABŞ bayraqları ilə Tramp administrasiyasının siyasətinə etiraz ediblər.
Nümayişlərdə Trampın müttəfiqi milyarder iş adamı İlon Maskın siyasətləri də etiraz edilir.