PresedentTv.com xəbər verir ki, Fransada televiziya və radio sahəsində çalışan jurnalistlər 2 günlük tətilə başlayıblar.
AZƏRTAC “Boursorama” saytına istinadla xəbər verir ki, onlar bir neçə televiziya və radionun bir holdinqdə birləşdirilməsi layihəsinə etiraz edirlər. Mədəniyyət Nazirliyinin hazırladığı layihə Milli Assambleyanın (parlamentin aşağı palatası) aprelin 10-da keçiriləcək iclasının gündəliyinə salınıb.
Televiziya işçilərinin həmkarlar təşkilatı bildirir ki, qanun layihəsi qəbul edilərsə çox ciddi nəticələr doğuracaq.