PresedentTv.com xəbər verir ki, Qarabağ Universitetində Tibb fakültəsinin yaradılması təkcə akademik mühitin zənginləşdirilməsi baxımından deyil, eləcə də regionda səhiyyə sahəsindəki inkişafın mühüm təməl daşını qoyması baxımından önəmli bir addımdır.
Elm və Təhsil Komitəsinin sədri, deputat Anar İsgəndərov mövzu ilə bağlı açıqlama verib.
Tibb fakültəsinin yaradılması böyük bir hadisədir. Bu, təkcə insanların sağlamlığı ilə bağlı olan fakültə deyil, həmçinin siyasi hadisədir. Yəni mərkəzdən 500 kilometrə qədər uzaq olan ərazilərdə insanlar daha mərkəzə deyil, elə Qarabağın özündə öz sağlamlığının qeydinə qalacaqlar.
Bundan əlavə, Qarabağ Universitetinin qarşısında duran əsas vəzifələrdən biri də xaricdən Azərbaycana gələn tələbələrin təhsili ilə bağlı güclü bazaların yaradılmasıdır.
Dünyanın ayrı-ayrı tibb müəssisələrindən burada professor-müəllim heyəti dəvət olunacaq. Dünyanın ən məşhur cərrahları da dəvət ediləcəkdir.