• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin doğum günüdür

Cəmiyyət

23-08-2026, 12:30


Azərbaycanın görkəmli hərbi xadimi Cəmşid Naxçıvanskinin anadan olmasından 131 il ötür.



Presedenttv.com xəbər verir ki, Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski 1895-ci il avqustun 23-də Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olub. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənib. Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.

1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirib. Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunan süvari eskadronun (bölüyün) komandiri olub, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edib. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılıb, 2-ci Müqəddəs Anna ordeni ilə təltif olunub. Cəmşid Naxşıvanski 1917-ci ilin martında rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunub. O, 1917-ci il mayın 9-da poruçik (leytenant) rütbəsinə, elə həmin il oktyabrın 30-da isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülüb. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il aprelin 15-də Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, avqustun 22-də isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılıb.

Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb. Sentyabrın 15-də Qafqaz İslam ordusu (Osmanlı qoşunu) və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, ermənilərdən ibarət olan və ingilislərə arxalanan "Sentrokaspi Diktaturası" qüvvələrindən təmizləyib. C.Naxçıvanski Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşub. Azərbaycan Xalq Cümhuriyyətinin naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun 1920-ci il 24 mart tarixli əmri ilə I süvari tatar alayının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilib.

1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra onun süvari alayı bolşeviklər tərəfinə keçib. Nəriman Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərib. Cəmşid Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilmiş, yüksəkixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynayıb.

C.Naxçıvanski 1923-cü və 1928-ci illərdə Moskvada qısamüddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxuyub, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olub. 1922-1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" jurnalının redaktorlarından biri idi. 1931-ci ildə C.Naxçıvanskinin həbs olunması haqqında 273 saylı order verilib və həmin orderin surəti hazırda Naxçıvan şəhərində yerləşən "Xan sarayı" muzeyindədir. C.Naxçıvanski Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilib, 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılıb, 3 il ümumi taktika kafedrasına rəhbərlik edib, akademiyada əsas fakültənin kurs rəisi olub. O, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunub.

XX əsrin 30-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi "casus təxribat dəstəsi" ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbəli xanla Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar rəsmi icazə alıb İrana gedib, qısa müddətdə şah qvardiyasında yüksək rütbələrə çatıblar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər edib, notalar verib. Nəticədə, Kəlbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılmışdı. Cəmşid Naxçıvanskinin sovet ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah onları 1935-ci ildə güllələdib. O, Moskvadan 26 kilometr aralıda Kaluqa şosesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş daçasında, "Kommunarka" adlanan gizli obyekt adı ilə tanınan, Stalin repressiyası bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olunub.

C.Naxçıvanski Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilib. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Özəl

24-01-2026, 23:07

Bu gün şəhidimiz Vüqar Eyvazovun mövlud günüdür

Gündəm / Siyasət

24-12-2025, 10:27

Prezident İlham Əliyevin doğum günüdür – Xalqın sevimli liderinə təbriklər yağır

Mədəniyyət

23-08-2026, 10:55

Sevilən diktor Nərgiz Cəlilova uzun fasilədən sonra efirə qayıdır.

Cəmiyyət / Mədəniyyət

22-03-2025, 16:22

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anıldı.

Araşdırma

19-04-2025, 22:44

Azərbaycanda doğum sürəti azalır.

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
28-08-2026, 23:30
Naxçıvanda avtomobil piyadanı vurub
28-08-2026, 18:30
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
23-08-2026, 12:39
Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Bugün, 01:54
    Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
  • Dün, 23:30
    Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib
  • Dün, 23:00
    Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb
  • Dün, 22:10
    ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
  • Dün, 21:30
    Mirzoyan Ermənistanın yeni diplomatik hədəflərini açıqladı
  • Dün, 20:00
    Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb
  • Dün, 20:00
    Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib
  • Dün, 17:30
    Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI
  • Dün, 17:00
    Gözəl Zutova dünya çempionu oldu - FOTO
  • Dün, 15:00
    Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir
  • Dün, 13:30
    Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı
  • Dün, 12:00
    Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək
  • Dün, 10:00
    Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb
  • Dün, 10:00
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • Dün, 09:30
    Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var
  • Dün, 07:00
    Sabiq deputat tələbə oldu
  • 28-08-2026, 23:30
    Naxçıvanda avtomobil piyadanı vurub
  • 28-08-2026, 22:30
    Hesablama Palatasında kollegiya iclası olub
  • 28-08-2026, 22:00
    Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır
  • 28-08-2026, 21:30
    Qusarın Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binaları inşa olunacaq
  • 28-08-2026, 18:30
    Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
  • 28-08-2026, 18:00
    ® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır
  • 28-08-2026, 17:30
    "Qarabağ"ın sabiq baş məşqçisi: Məğlubiyyəti qəbul etmək çətindir
  • 28-08-2026, 17:00
    Norveç kralı vəfat etdi
  • 28-08-2026, 13:02
    Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək
  • 28-08-2026, 12:59
    ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
  • 28-08-2026, 12:49
    Çinin Tibet bögəsindəki daşqında ölənlərin sayı artıb
  • 28-08-2026, 12:45
    Harri Keyn Bundesliqada tarixi rekorda yaxınlaşır
  • 28-08-2026, 12:42
    Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar
  • 28-08-2026, 09:30
    İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək
  • 27-08-2026, 23:00
    Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
  • 27-08-2026, 22:44
    Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
  • 27-08-2026, 22:36
    Elnarə Təhməzova tələbə oldu
  • 27-08-2026, 22:29
    Maksim Qalkinin Bakı paylaşımı - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə