Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryana Kristonun Brüsseldə Avropa Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Bruner ilə görüşündə “Frontex”in bu ölkədə fəaliyyəti haqqında saziş imzalanıb.
Bosniya və Herseqovina bu sazişin imzalanmasını ölkənin Avropa İttifaqına üzvlük yolunda irəliyə doğru addım kimi qiymətləndirir. Bildirilir ki, bununla da Bosniya və Herseqovina Aİ-nin şərtlərindən birini yerinə yetirməklə, ittifaqın xarici sərhədinin təhlükəsizliyinin təmin edilməsində və qitənin ümumi təhlükəsizlik arxitekturasında etibarlı tərəfdaşa çevrilir.
Boryana Kristo və Maqnus Bruner, həmçinin Aİ-də təhlükəsizlik problemlərini, o cümlədən, xüsusilə Qərbi Balkan regionu və Cənub-Şərqi Avropada qeyri-qanuni miqrasiya məsələlərini müzakirə ediblər.