Fransa xarici işlər naziri Jan-Noel Barro PKK-YPG terror təşkilatının Suriya qanadının başçısı “Mazlum Abdi” ləqəbli Ferhat Abdi Şahinlə görüş keçirəcək.
Presedenttv.com Türkiyənin “Haber Global” kanalına istinadla xəbər verir ki, fransalı nazir Türkiyə tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş terrorçu ilə görüşünü İraqın şimalına səfəri çərçivəsində elan edib.
Görüşün yeri və vaxtı açıqlanmayıb.
Türkiyə hakimiyyəti Parisin PKK-YPG terrorçuları ilə əlaqələrini dəfələrlə pisləyib.
Bir çox məsələlərlə yanaşı, bu məsələdə də Ankaranın mövqeyi cari ayın əvvəlində Fransada keçirilən danışıqlar çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən səsləndirilib.