Rusiyanın təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlov körpüdə tammiqyaslı nəqliyyat hərəkətinin tezliklə başlayacağını bəyan edib. Nazir bu barədə KXDR səfirliyinin Şimali Koreyanın Yaponiya işğalından azad edilməsinin 81-ci ildönümü münasibətilə təşkil etdiyi təntənəli qəbulda məlumat verib. O, bu layihənin başa çatmasını ilin ən əlamətdar hadisələrindən biri adlandırıb.