Çinin Çjetsian (Zhejiang) əyalətinin Yuhuan bölgəsinə ilk dəfə çatarkən küləyin maksimum sürəti saatda 150 km-ə (94 mil/saat) çatıb.
Qasırğa bütün regionda nəqliyyatın hərəkətini iflic edib. Belə ki, təkcə Şanxayda 1400 aviareys ləğv olunub. Çin rəsmiləri daha əvvəl "Delfin" qasırğası ilə bağlı ən yüksək səviyyəli — "qırmızı" xəbərdarlıq elan etsələr də, bazar ertəsi səhər saatlarında onun statusunu tropik qasırğa səviyyəsinə endiriblər.