Gürcüstan DTX məxfi məlumatları başqa mənbələrə ötürən polis əməkdaşını həbs edib
---
26-04-2026, 11:10
Bu barədə Gürcüstan DTX məlumat yayıb. Məlumatda deyilir ki, DTX-nin keçmiş əməkdaşı və hazırda Daxili İşlər Nazirliyində çalışan şəxs Dövlət Təhlükəsizlik Xidmətindən məxfi məlumatların sızdırılmasında ittiham olunaraq həbs edilib.
“Dövlət Təhlükəsizlik Xidməti hər hansı bir, hətta kiçikmiqyaslı daxili məlumat sızmasına qarşı həmişə xüsusilə sərt və barışmaz olacaq və belə bir hərəkəti edən hər kəs ciddi şəkildə cəzalandırılacaq”, - deyə məlumatda bildirilir.