Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda söyləyib.
Baş nazir özünün "Vətəndaş Müqaviləsi" partiyasının seçki platformasını elan edib.
Onun sözlərinə görə, xalqın dəstəyi ilə partiya ən vacib missiyanı yerinə yetirib.
Baş nazir deyib: "İyunun 7-də keçiriləcək seçkilərdə sizinlə birlikdə bir problemi həll etməliyik: yeni, kiçik, həssas və gündəlik qayğımıza ehtiyacı olan dünyanı müdafiə etməliyik".