Presedenttv.com xarici mediaya istinadla xəbər verir ki, Negev Ben-Gurion Universitetinin alimləri hava çirkliliyinin miqren tezliyinə mənfi təsirini aşkar ediblər. Tədqiqatın nəticələri Amerika Nevrologiya Akademiyasının (AAN) saytında dərc edilib.
Tədqiqat təxminən on il ərzində müşahidə altında olan 7 mindən çox insanın məlumatlarına əsaslanır. Alimlər hava çirkliliyi səviyyələrini, o cümlədən nəqliyyatdan, sənayedən və toz aerozollarından emissiyaları tibbi yardıma müraciətlər və miqren dərmanlarının istifadəsi ilə müqayisə ediblər.