işçilərin ümumi sayı 2 milyon 571 min 37 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 11,7 faiz çoxdur. Bununla yanaşı, ən böyük say Vyetnamdan olan işçilərin payına düşür.
Bu məlumatlar fevralın 8-də keçiriləcək Nümayəndələr Palatasına seçkilərə hazırlıq kampaniyası fonunda açıqlanıb. Sözügedən kampaniya xarici vətəndaşların cəmiyyətə necə daha yaxşı inteqrasiya olunması məsələsinə diqqəti yönəldir, o cümlədən onların qəbul qaydalarının sərtləşdirilməsi və sosial həmrəyliyin gücləndirilməsi kimi mövzuları gündəmə gətirir.