bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Moskva. Kreml. Putin” proqramında söyləyib.
O qeyd edib ki, bu cür potensial görüşlər diqqətlə hazırlanmalı və praktik nəticəyə yönəlməlidir. Xatırladıb ki, Rusiya Prezidenti əvvəllər dəfələrlə dialoqa hazır olduğunu bəyan edib. “Əgər Zelenski doğrudan da görüşə hazırdırsa, Rusiya tərəfi onu Moskvaya dəvət edir. Bununla yanaşı, onun təhlükəsizliyini və işləmək üçün zəruri şəraiti təmin edəcəyik”, – deyə Rusiya Prezidentinin köməkçisi vurğulayıb.