BMT missiyasının nəzarətində olan bufer zonada baş tutan görüş təxminən iki saat davam edib.
Müzakirələrin yekunlarına dair yayılan birgə bəyanatda bildirilir ki, görüş iştirakçıları danışıqlar prosesinin bərpası üzrə Yol xəritəsinin hazırlanmasına dair təkliflər mübadiləsi aparıblar. Etimad mühitinin möhkəmləndirilməsi təşəbbüsləri üzrə işlərin gedişi nəzərdən keçirilib, tərəflərin əldə etdiyi irəliləyiş müzakirə olunub.