Bu barədə “Semafor” Ağ Ev administrasiyasının rəsmi nümayəndəsinə istinadla məlumat yayıb. Bildirilir ki, hazırkı hökumət Vaşinqtonla tam əməkdaşlıq etdiyi üçün ilkin neft satışından əldə edilən bütün gəlirlər Venesuelaya köçürüləcək. Lakin ABŞ-da hər hansı vəsaitin saxlanılıb-saxlanılmayacağı məlum deyil. Satışlardan əldə edilən gəlirin qlobal səviyyədə tanınmış banklarda ABŞ-ın nəzarətində olan hesablara yatırılacağı qeyd olunur.