Bu sözləri Davosda səfərdə olan ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
O bildirib ki, ABŞ Qrenlandiyaya ehtiyac duyduğu hər şeyi yerləşdirə biləcək. “Milli təhlükəsizlik və beynəlxalq təhlükəsizlikdən danışırıq. Beləliklə, “Qızıl Qübbə” raketdən müdafiə sistemini tikdiyimiz üçün başqa heç nə ödəməli olmayacağıq”,- deyə Tramp əlavə edib.