“Air Astana” tərəfindən istismar olunan “Airbus A321N EI-KDG” tipli hava gəmisinin ekipajı salon daxilində tüstülənmə aşkar edildiyinə görə MAYDAY qəza siqnalı elan edib.
Qəza siqnalı Astana vaxtı ilə saat 07:38-də verilib. Təyyarə saat 07:40-da Almatı hava limanına təhlükəsiz şəkildə eniş edib.
İlkin məlumatlara əsasən, sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan yoxdur. Təhlükəsizliyin təmin edilməsi məqsədilə enişdən sonra Almatı hava limanının yanğınsöndürmə və qəza-xilasetmə xidmətləri cəlb olunub.