“The Washington Post” qəzeti bu barədə ABŞ, Ukrayna və Avropa rəsmilərinə istinadla məlumat yayıb. Məlumata görə, Vaşinqtonun münaqişənin həlli ilə bağlı təklifləri arasında Kiyevin 2027-ci ildə Avropa İttifaqına üzvlüyü və təmas xətti boyunca hərbsizləşdirilmiş zonanın yaradılması yer alıb. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfərlə məhdudlaşdırılması da nəzərdən keçirilir.