Türkiyənin NTV telekanalının ölkənin şərq əyalətindəki vəziyyətinə həsr olunmuş reportajında deyilir.
Telekanal Türkiyənin Ermənistanla həmsərhəd bölgələrində xərçəng xəstəliyinin yüksək yayılma səviyyəsinə, eləcə də astma və XOAX (xroniki obstruktiv ağciyər xəstəliyi - AZƏRTAC) xəstələrinin çox sayda tənəffüs yolu problemi ilə bağlı şikayətlərinə diqqət çəkir.
Türkiyənin telekanalı, həmçinin İğdırda hava çirkliliyinin anormal dərəcədə yüksək səviyyədə olmasını ictimai sağlamlıq üçün ciddi problem kimi qeyd edib. “İğdır hazırda hava çirkliliyinə görə Türkiyənin 81 əyaləti arasında birinci yerdədir. İctimai təşkilatların məlumatına görə, əyalətin hər üç sakinindən biri hava çirkliliyinin təsirindən ölür.