Jurnalistlərlə söhbətində Türkiyə diplomatiyasının rəhbəri İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının son üç raundunu xatırladıb. “Tərəflər Türkiyədə təşkil olunmuş danışıqlar prosesinin hər mərhələsindən məmnun idilər”, - deyə H.Fidan bildirib və Ankaranın Kiyevlə Moskva arasında sülhə ümidini itirmədiyini vurğulayıb.