Hazırda Karneba çayının daşması səbəbindən Xaraqauli bələdiyyəsinin ərazisində bir neçə kənd təhlükə altındadır. Belə ki, iyun ayının sonunda sürüşmə proseslərinin intensivləşməsi ilə əlaqədar Xaraqauli bələdiyyəsinə daxil olan Qverki və Hemaqali kəndlərinin bəzi sakinləri müvəqqəti təxliyə edilib. Evlərə, kənd təsərrüfatı torpaqlarına və yollara ziyan dəyib. Avqustun 23-də isə torpaq kütlələri çayın qarşısını qismən bağlayıb və sürüşmə yenidən aktivləşib. Xaraqauli rayonunun rəhbərliyi vəziyyətin nəzarətə götürüldüyünü bildirib:"Müvafiq qurumlar tərəfindən çayın məcrasının genişləndirilməsi və sürüşmənin qarşısının alınması istiqamətində işlər görülür.