Oktyabrın 12-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, Aİ sərhədini keçmək üçün Britaniya vətəndaşlarının barmaq izləri və üzlərinin biometrik skan edilməsi tələb olunacaq.
Yeni sistemə görə, Aİ-yə daxil olan qeyri-üzv ölkə vətəndaşlarının pasportlarına vurulan giriş-çıxış möhürləri biometrik yoxlamalarla əvəz olunacaq. Qaydaların tətbiqi altı ay ərzində mərhələli şəkildə həyata keçiriləcək və 2026-cı ilin aprelində tam qüvvəyə minəcək. Biometrik məlumat verməkdən imtina edən şəxslərə Aİ-yə giriş qadağan olunacaq. Bu məqsədlə aeroportlarda, limanlarda və dəmir yolu stansiyalarında xüsusi skan kabinələri quraşdırılacaq.