AFAD-ın məlumatına görə, saat 12.19-da baş verən 3,9 bal gücündə zəlzələdən sonra daha 7 təkan baş verib.
Zəlzələlərin ən kiçiyi İstanbulun Büyükçekmece rayonu sahillərində 3,4 bal gücündə, ən böyüyü isə Silivri sahillərində 6,2 bal gücündə olub. Saat 12.19-da baş verən 3.9 bal gücündə zəlzələdən sonra 6.2 bal gücündə 12.49, 5.9 və 4.4 bal gücündə 12.51, 4.8 bal gücündə 13.01, 4.5 və 4.9 bal gücündə saat 13.02, 3.07 bal gücündə təkanlar qeydə alınıb.