• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Arvadını Falçı ilə yazışmasına görə öldürdü.

Hadisə

18-04-2025, 16:08

PresedentTv.com xəbər verir ki, Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Aygün Elşan qızı Vəliyevanı qətlə yetirən ərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Qətli törədən 34 yaşlı Elçin Rafael oğlu Əliyevdir.

Elçinlə Aygün 2017-ci ildə ailə həyatı qurublar. Onların iki övladı olub. Ailə münasibətləri yaxşı olmadığı üçün Aygün bir neçə dəfə ailəsinin yanına qayıdıb.

Ər-arvad münasibətlərinin korlanmasına, qətlin baş verməsinə səbəb Aygünün İnstaqram hesabında falçı ilə yazışması olub. Həmin səhifə “baxici.nur” adlı ilə İnstaqramda qeydiyyatdan keçib.

Belə ki, Aygün Elçinin ona qarşı davranışlarından bezərək boşanmağı qərarlaşdırıb. Buna görə İnstaqramda falçıya yazaraq ondan gələcək həyatı ilə bağlı məlumat öyrənmək istəyib. Aygün hətta boşanacağı halda birlikdə yaşamaq istədiyi şəxslə bağlı da falçıdan məlumat öyrənib. Bu yazışmaları Elçin görüb və bundan sonra qətl hadisəsi baş verib.

Elçin ov bıçağı alaraq Aygünün atasının evinə gedib. Həmin vaxt evdə Aygünün anası da olub. Elçin əlində bıçaqla evə daxil olan zaman Aygünün anası qonşuları çağırmağa gedib. Qonşular gələnə qədər Elçin başqasının mənzil toxunulmazlığını pozaraq zorla evə daxil olub və çoxsaylı bıçaq zərbələri ilə Aygünü qətlə yetirib.

Elçin özünü qismən təqsirli bilib və deyib ki, Aygünü öldürməsinin səbəbi qısqanclıq olub. O, Aygünün yazışmalarını gördüyünü, bunu ailəsinin və özünün adına ləkə kimi qəbul etdiyini deyib.

Məlum olub ki, Elçin hadisədən əvvəl Aygünün tanış olduğu şəxslə də əlaqə saxlayıb. Onunla görüşmək istəsə də sonradan fikrindən daşınıb. Buna səbəb isə Aygünün həmin şəxslə könüllü danışması olub.

“Aygünün telefonuna sosial şəbəkə proqramları yüklədiyini gördüm. Birlikdə yaşadığımız müddətdə Aygünə sosial şəbəkələrdən istifadə etməyə icazə vermirdim. Həmin sosial şəbəkə hesablarına baxanda Aygünün falçı ilə yazışdığını, falçıya boşanmaq istədiyini yazdığını gördüm. Falçıdan başqa bir şəxslə münasibətinin gələcəkdə necə nəticələnəcəyini soruşurdu. Mesajları görəndən sonra pis vəziyyətə düşdüm. Təcili tibbi yardım gəlib mənə iynə vurdu. Həmin vaxt valideynlərim onu Aygünə yaxın getməyə qoymadılar.
Səhər atamgil həmin mesajları Aygünün valideynlərinə göstərdilər. Aygünün valideynləri bu məsələnin şər və böhtan olduğunu dedilər. Bıçağı Aygünü qorxutmaq üçün götürmüşdüm. Amma evə girəndə Aygünün dediyi sözlər, etdiyi hərəkətlər yadıma düşdü. Özümü saxlaya bilmədim”- deyə Elçin ifadəsinə əlavə edib.

Elçin qeyd edib ki, özünü xüsusi amansızlıqla qəsdən adam öldürməkdə günahkar bilmir. Onun sözlərinə görə, Aygünü öldürən zaman anası hadisəni görməyib.

Məhkəmə araşdırması zamanı Aygünün anası da ifadə verib. Deyib ki, qızı ailə həyatı qurduqdan sonra Elçin tərəfindən dəfələrlə səbəbsiz yerə döyülüb, işgəncələrə məruz qalıb. Ana qızının ata evinə gəldiyini, bundan sonra Elçinin atasının, qohumlarının xahişi ilə geri qayıtdığını deyib. Hadisədən bir neçə gün əvvəl də Aygün atasının evində olub. Elçinin atası Aygüngilin evinə gedərək oğlunun peşman olduğunu deyib və gəlinin geri qayıtmasını istəyib.

Aygünün anası deyib ki, Elçinin əlində bıçaq görəndə qonşuları köməyə çağırmağa gedib. Qayıdanda isə artıq Elçin Aygünü bıçaqlayıbmış.

Elçinin əlindən bıçağı qonşuların aldığı deyilsə də birinci bununla razılaşmayıb. Elçin deyib ki, bıçağın əlindən düşməsinə səbəb sümüyə dəyməsi olub.

Mərhum Aygünün İnstaqramda falçı ilə yazışmalarından onun Elçinlə münasibətlərinin necə olması üzə çıxıb.

Aygün falçıya yazdığı mesajlarda illərdir döyüldüyünü, işgəncələrə məruz qaldığını, əsəbdən xəstəlik tapdığını deyib. Aygün falçıya yazdığı mesajlarda uşaqlarının zorla əlindən alındığını da bildirib.

“Mən uşaqlarımı gözümdən bir saniyə kənara qoyan adam deyiləm. Çox israr etdilər atasının yanına göndərdim. İndi uşaqları qaytarmırlar. Deyirlər ki, uşaqları görmək istəyirəmsə, geri qayıtmalıyam”- deyə Aygün falçıya yazdığı mesajda qeyd edib.

Məhkəmə araşdırması zamanı Aygünün anası hazırda uşaqların Elçinin valideynlərində qalmasına etiraz etdiyini deyib. Bildirib ki, nəvələrinin qatilin ailəsi ilə birlikdə yaşaması doğru deyil.

Elçin törətdiyi əməllərə görə cəzalandırılıb. Hökmə əsasən Elçin 17 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş:
Digər xəbərlər

Dünya

18-12-2024, 12:25

General Kirillovu qətlə yetirməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanıldı

Mədəniyyət

18-01-2025, 21:00

“Klon”un “Hade”si tanınmaz halda

Cəmiyyət / Mədəniyyət

22-03-2025, 16:22

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anıldı.

Dünya

1-01-2025, 09:12

Yeni il gecəsi atəşfəşanlıq Almaniyada dörd nəfərin həyatına son qoydu

Dünya

10-01-2025, 12:00

Dərman qıtlığı davam edir

Araşdırma
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Tahir Əmiraslanovun yerinə o təyin olundu
Hadisə
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
23-08-2026, 12:39
Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb
19-08-2026, 23:42
Şamaxıda avtomobil dərəyə yuvarlanıb, bir nəfər ölüb
4-08-2026, 10:47
Hazırladığım xəbər mətni belədir: Writing Masallıda yaş palıd ağacının qanunsuz kəsilməsi iddia olunur
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 17:30
    "Qarabağ"ın sabiq baş məşqçisi: Məğlubiyyəti qəbul etmək çətindir
  • Dün, 17:00
    Norveç kralı vəfat etdi
  • Dün, 12:59
    ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
  • Dün, 12:49
    Çinin Tibet bögəsindəki daşqında ölənlərin sayı artıb
  • Dün, 12:45
    Harri Keyn Bundesliqada tarixi rekorda yaxınlaşır
  • Dün, 12:42
    Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar
  • Dün, 09:30
    İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək
  • 27-08-2026, 23:00
    Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
  • 27-08-2026, 22:44
    Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
  • 27-08-2026, 22:36
    Elnarə Təhməzova tələbə oldu
  • 27-08-2026, 22:29
    Maksim Qalkinin Bakı paylaşımı - Fotolar
  • 27-08-2026, 22:00
    Azərbaycanın xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında iştirak edib
  • 27-08-2026, 15:30
    “Qarabağ”-“Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
  • 27-08-2026, 14:51
    Ölkənin ən varlı sənətçisi odur
  • 27-08-2026, 12:58
    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
  • 27-08-2026, 11:30
    Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib
  • 27-08-2026, 11:00
    Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI
  • 27-08-2026, 10:48
    “Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib
  • 27-08-2026, 10:30
    Dünya birjalarında neft ucuzlaşıb
  • 27-08-2026, 10:19
    Qızıl və gümüşün bahalaşması davam edir
  • 26-08-2026, 21:50
    Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
  • 26-08-2026, 21:46
    Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq
  • 26-08-2026, 21:32
    Yeşilçamın məşhur aktrisası Pembe Mutlunun son görüntüsü diqqət çəkdi — FOTO
  • 26-08-2026, 21:27
    Şükufə Yusupova təxliyə olundu
  • 26-08-2026, 21:22
    Qarabağ Universitetində təhsil alanlara 1000 manat təqaüd veriləcək – ŞƏRTLƏR
  • 26-08-2026, 18:00
    Cabir İmanovun məzarüstü abidəsi hazırlandı — FOTO
  • 26-08-2026, 17:46
    Mehriban Əliyeva qızları ilə körpələr evi-uşaq bağçasında - Fotolar
  • 26-08-2026, 17:37
    Arzu Əliyevadan anası ilə bağlı paylaşım - Foto
  • 26-08-2026, 13:30
    Goranboyda şəhid atası vəfat etdi
  • 26-08-2026, 13:00
    Polad Bülbüloğlu üçüncü dəfə evləndi
  • 26-08-2026, 12:30
    610 bal topladı, universitetə qəbul olmadı
  • 26-08-2026, 12:18
    Rektor tələbələri təbrik etdi: Sizi iki fərqli diplom gözləyir
  • 26-08-2026, 12:11
    Ermənistan Rusiyada səfərbərlikdən qaçanlara QAPI AÇDI
  • 26-08-2026, 12:05
    80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə