• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Maşın bazarında hazırki vəziyyət.

Gündəm / Araşdırma

24-03-2025, 06:56

PresedentTv.com Kaspi qəzetinə istinadən xəbər verir ki, Çin və Koreyadan gətirilən avtomobillərə maraq artsa da, vətəndaşlar həmin avtomobillərin ehtiyat hissələrinin tapılmamasından şikayətçidirlər. Ekspert düşünür ki, bu məsələ də tezliklə öz həllini tapacaq: "Hazırda Çindən gələn avtomobillərin ehtiyat hissələri ilə bağlı müəyyən çətinliklər var. Bunun da səbəbi hələ bazara yeni daxil olmalarıdır. Müəyyən vaxt keçdikdən sonra onların da ehtiyat hissələri ölkəmizə gətiriləcək. Çin avtomobillərinin modelləri çox tez-tez dəyişir. Yeni modellər çıxdıqca, köhnələrinin istehsalı dayanır. Bu da ehtiyat hissələrinin gətirilməsində müəyyən çətinliklər yaradır. Amma hibrid və elektromobillərin köhnə maşınlar kimi tez-tez təmirə ehtiyacı olmur. Hələ ki, yenidirlər, ehtiyat hissələri daxili yanma mühərriklilərdən daha azdır. Bu da o avtomobilləri daha cəlbedici edir”. 


"Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyevin sözlərinə görə, gələcəkdə Gürcüstandan maşın idxalı dayandırıla da bilər: "Gürcüstandan köhnə maşınları insanlar özləri alıb gətirirdilər. Hazırda sərhəd bağlıdır. Artıq oradan avtomobil gətirmək həm daha çox xərc tələb edir, həm də vaxt itkisidir. Avtomobil almaq istəyən vətəndaş da hesablayır ki, elə üzərinə bir az da məbləğ qoysa, yeni avtomobil ala bilər. Ölkəmizdə avtomobil sahəsində böyük islahatlar gedir. Yeni elektrikli və hibrid avtomobillər vergi və ƏDV-dən azaddır. İnsanlar da düşünürlər ki, yeni maşınlar bu qədər sərfəlidirsə, niyə köhnə maşın gətirim?” 


E.Əliyevin sözlərinə görə, artıq bir müddətdir yaşı 10 ildən artıq olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulub. Bu amil də Gürcüstandan gələn avtomobillərin sayını azaldır. Gələcəkdə bu müddət yaşı beş ilə qədər olan avtomobillərə endirilsə, həmin Gürcüstandan gələn avtomobillərdən tamamilə imtina etməli olacağıq.  



E.Əliyevin fikrincə, işlənmiş, yararsız avtomobillərdənsə, yerli və yeni maşınlar daha sərfəlidir: "Gürcüstana əsasən Avropa, ABŞ-dən köhnə, yararsız avtomobillər gətirilir, orada emal edilir, sonra isə müxtəlif ölkələrə satışa çıxarılır. Gürcüstandan gətirilən avtomobillər əksər hallarda problemli olub. Hətta dəfələrlə bu avtomobillərin qəza vaxtı ikiyə bölünməsi halları ilə də qarşılaşa bilirik. Baxdıqda görünür ki, bir neçə avtomobil hissələrindən ərsəyə gəlmiş maşınlardır. Tövsiyə edirəm ki, insanlar köhnə yox, yeni avtomobil alsınlar. Yerli, yeni avtomobil almaq daha güvənli və keyfiyyətlidir”.  


Ekspert deyir ki, artıq insanlar yerli maşın almağı üstün tuturlar: "Əvvəl yerli istehsal yalnız bir marka üzrə olurdu. Bu səbəbdən də insanlar almırdı. Amma artıq müxtəlif marka və modellər mövcuddur. Artıq insanlar zövqlərinə və büdcələrinə uyğun modelləri seçə bilirlər”. 


E.Əliyev Koreya və Çindən gələn avtomobillərə artan marağın doğurduğu mənfi tendensiyalara da toxundu: "Onların Azərbaycanda 20-dən çox rəsmi distributoru var. Müxtəlif qiymətlərdə Çin avtomobilləri mövcuddur. Lakin Çin avtomobilləri qeyri-rəsmi şəkildə də idxal edilir. Hətta qeyri-rəsmi olduğu üçün insanları aldada da bilirlər. Bəzən sifariş olunan maşınlar gəlmir”. 


O, məsləhət görüb ki, insanlar Çin avtomobilləri alarkən qeyri-rəsmi idxal edilən avtomobillərdən uzaq dursunlar: "Çin avtomobilləri rəsmi servisdə 30 min manatdırsa, qeyri-rəsmi 25-26 minədir. Ucuz olsa da, sonradan problemlər yaranır. Çinin daxili bazarı üçün olan avtomobillərdir. Onların sonradan texniki, zəmanət tərəfləri var. Qeyri-rəsmi idxal nə zəmanət verir, nə ehtiyat hissələrini tapmaq olur”. 

Paylaş:
Digər xəbərlər

Dünya

20-11-2024, 18:55

Yaponiya Rusiyaya avtomobil ixracını 45 faizdən çox artırdı

Araşdırma

31-01-2025, 09:16

Piylənmə insanın gündəlik fəaliyyətinə zərər verən xəstəlik kimi müəyyən edilir

Dünya

23-11-2024, 07:20

Los-Anceles avtomobil sərgisində yüzlərlə yeni model nümayiş olunur

Dünya

18-02-2025, 15:30

İtaliyanın sabiq Baş naziri: Tezliklə Avropada təhlükəsizliyi təmin etmək üçün tək qalacağıq

Dünya

4-02-2025, 09:02

Süni intellektlə hazırlanan nanomaterial avtomobil və müdafiə texnologiyalarında inqilabi dəyişikliklər edə biləcək

Araşdırma
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Tahir Əmiraslanovun yerinə o təyin olundu
Hadisə
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
23-08-2026, 12:39
Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb
19-08-2026, 23:42
Şamaxıda avtomobil dərəyə yuvarlanıb, bir nəfər ölüb
4-08-2026, 10:47
Hazırladığım xəbər mətni belədir: Writing Masallıda yaş palıd ağacının qanunsuz kəsilməsi iddia olunur
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 17:30
    "Qarabağ"ın sabiq baş məşqçisi: Məğlubiyyəti qəbul etmək çətindir
  • Dün, 17:00
    Norveç kralı vəfat etdi
  • Dün, 12:59
    ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
  • Dün, 12:49
    Çinin Tibet bögəsindəki daşqında ölənlərin sayı artıb
  • Dün, 12:45
    Harri Keyn Bundesliqada tarixi rekorda yaxınlaşır
  • Dün, 12:42
    Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar
  • Dün, 09:30
    İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək
  • 27-08-2026, 23:00
    Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
  • 27-08-2026, 22:44
    Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
  • 27-08-2026, 22:36
    Elnarə Təhməzova tələbə oldu
  • 27-08-2026, 22:29
    Maksim Qalkinin Bakı paylaşımı - Fotolar
  • 27-08-2026, 22:00
    Azərbaycanın xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında iştirak edib
  • 27-08-2026, 15:30
    “Qarabağ”-“Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
  • 27-08-2026, 14:51
    Ölkənin ən varlı sənətçisi odur
  • 27-08-2026, 12:58
    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
  • 27-08-2026, 11:30
    Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib
  • 27-08-2026, 11:00
    Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI
  • 27-08-2026, 10:48
    “Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib
  • 27-08-2026, 10:30
    Dünya birjalarında neft ucuzlaşıb
  • 27-08-2026, 10:19
    Qızıl və gümüşün bahalaşması davam edir
  • 26-08-2026, 21:50
    Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
  • 26-08-2026, 21:46
    Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq
  • 26-08-2026, 21:32
    Yeşilçamın məşhur aktrisası Pembe Mutlunun son görüntüsü diqqət çəkdi — FOTO
  • 26-08-2026, 21:27
    Şükufə Yusupova təxliyə olundu
  • 26-08-2026, 21:22
    Qarabağ Universitetində təhsil alanlara 1000 manat təqaüd veriləcək – ŞƏRTLƏR
  • 26-08-2026, 18:00
    Cabir İmanovun məzarüstü abidəsi hazırlandı — FOTO
  • 26-08-2026, 17:46
    Mehriban Əliyeva qızları ilə körpələr evi-uşaq bağçasında - Fotolar
  • 26-08-2026, 17:37
    Arzu Əliyevadan anası ilə bağlı paylaşım - Foto
  • 26-08-2026, 13:30
    Goranboyda şəhid atası vəfat etdi
  • 26-08-2026, 13:00
    Polad Bülbüloğlu üçüncü dəfə evləndi
  • 26-08-2026, 12:30
    610 bal topladı, universitetə qəbul olmadı
  • 26-08-2026, 12:18
    Rektor tələbələri təbrik etdi: Sizi iki fərqli diplom gözləyir
  • 26-08-2026, 12:11
    Ermənistan Rusiyada səfərbərlikdən qaçanlara QAPI AÇDI
  • 26-08-2026, 12:05
    80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə