Demişdim işğal olunmuş torpaqlara o bayraq gətiriləcək. O gün gəldi. Bayrağımız yerinə taxıldı. İndi bayraq Şuşada qürurla dalğalanır". Presedenttv.com xəbər verir ki, bu sözləri öz gücünə, xalqına, güclü ordusuna güvənən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev söyləmişdir. Bəli, cənab prezidentimiz sözünə əməl etdi.İndi biz azadıq. Çünki,güclüyük. Özlərini vətən üçün göz qırpmadan sipər edən oğullarımızın olduğunun hamımız şahidi olduq. Bu bir daha sübut edir ki, bizim bayrağımız hər zaman hər yerdə, ən zirvələrdə dalğalanacaq. 
Üçrəngli bayrağın kölgəsində mən
Qara torpağı vətən görmüşəm.
Zəfər güllərini dövrü qədimdən,
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim.
Bayrağımız bizim qürurumuzdur. Allah bu qüruru bizə yaşadan cənab prezidentimizə və güclü oğullarımıza can sağlığı versin!
Yaşasın Azərbaycan!
Dalğalansın hər zaman Azərbaycan bayrağı!
Xüsusi müxbir; İntizar Əmirova