• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Gündəm

10-01-2025, 15:30

Presedenttv.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında çox fəal siyasi əlaqələrin genişləndiyini vurğulayaraq, Küveytə rəsmi səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Azərbaycan-Küveyt qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi və bunun üçün yaxşı imkanların olduğunu dedi.
Prezident İlham Əliyev Küveytin yüksək səviyyədə nümayəndə heyəti ilə COP29-da təmsil olunmasının və bu tədbir çərçivəsində Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşünü məmnunluqla xatırladı.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən səfir Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük fəxr hissi keçirdiyini bildirərək, Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabahın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə və Vəliəhdinə çatdırmağı xahiş etdi.
Səfir təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı bir daha Küveyt Əmirinin başsağlığını çatdıraraq, yaralananların tezliklə şəfa tapmasını arzuladı.
O, COP29-un yüksək səviyyədə təşkilinə və əldə olunmuş nailiyyətlərə görə Azərbaycana və dövlətimizin başçısına təbriklərini çatdırdı.
Söhbət zamanı siyasi münasibətlərimizin çox yaxşı səviyyədə olması, iqtisadi, ticarət və sərmayə sahələrində əlaqələrin inkişafı, hökumətlərarası komissiyanın iclasının keçirilməsi və iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məmnunluqla vurğulandı.
Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlığına toxunuldu, ölkələrimizin daim bir-birini dəstəklədiyi bildirilərək, bu xüsusda BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ formatında əməkdaşlıq qeyd olundu. Eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə də əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyi bildirildi.
Görüşdə son dövrlərdə qarşılıqlı turizmin və insanlararası təmasların daha da genişlənməsi məmnunluqla qeyd olundu.

Paylaş:
Digər xəbərlər

Gündəm

1-11-2024, 19:38

İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Gündəm / Siyasət

3-12-2024, 19:13

İlham Əliyev Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Gündəm / Siyasət

10-01-2025, 14:30

İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Siyasət

1-11-2024, 19:32

İlham Əliyev İspaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Gündəm / Siyasət

14-11-2024, 15:00

İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşdü

Araşdırma
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Tahir Əmiraslanovun yerinə o təyin olundu
Hadisə
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
23-08-2026, 12:39
Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb
19-08-2026, 23:42
Şamaxıda avtomobil dərəyə yuvarlanıb, bir nəfər ölüb
4-08-2026, 10:47
Hazırladığım xəbər mətni belədir: Writing Masallıda yaş palıd ağacının qanunsuz kəsilməsi iddia olunur
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 17:30
    "Qarabağ"ın sabiq baş məşqçisi: Məğlubiyyəti qəbul etmək çətindir
  • Dün, 17:00
    Norveç kralı vəfat etdi
  • Dün, 12:59
    ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
  • Dün, 12:49
    Çinin Tibet bögəsindəki daşqında ölənlərin sayı artıb
  • Dün, 12:45
    Harri Keyn Bundesliqada tarixi rekorda yaxınlaşır
  • Dün, 12:42
    Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar
  • Dün, 09:30
    İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək
  • 27-08-2026, 23:00
    Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
  • 27-08-2026, 22:44
    Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
  • 27-08-2026, 22:36
    Elnarə Təhməzova tələbə oldu
  • 27-08-2026, 22:29
    Maksim Qalkinin Bakı paylaşımı - Fotolar
  • 27-08-2026, 22:00
    Azərbaycanın xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında iştirak edib
  • 27-08-2026, 15:30
    “Qarabağ”-“Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
  • 27-08-2026, 14:51
    Ölkənin ən varlı sənətçisi odur
  • 27-08-2026, 12:58
    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
  • 27-08-2026, 11:30
    Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib
  • 27-08-2026, 11:00
    Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI
  • 27-08-2026, 10:48
    “Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib
  • 27-08-2026, 10:30
    Dünya birjalarında neft ucuzlaşıb
  • 27-08-2026, 10:19
    Qızıl və gümüşün bahalaşması davam edir
  • 26-08-2026, 21:50
    Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
  • 26-08-2026, 21:46
    Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq
  • 26-08-2026, 21:32
    Yeşilçamın məşhur aktrisası Pembe Mutlunun son görüntüsü diqqət çəkdi — FOTO
  • 26-08-2026, 21:27
    Şükufə Yusupova təxliyə olundu
  • 26-08-2026, 21:22
    Qarabağ Universitetində təhsil alanlara 1000 manat təqaüd veriləcək – ŞƏRTLƏR
  • 26-08-2026, 18:00
    Cabir İmanovun məzarüstü abidəsi hazırlandı — FOTO
  • 26-08-2026, 17:46
    Mehriban Əliyeva qızları ilə körpələr evi-uşaq bağçasında - Fotolar
  • 26-08-2026, 17:37
    Arzu Əliyevadan anası ilə bağlı paylaşım - Foto
  • 26-08-2026, 13:30
    Goranboyda şəhid atası vəfat etdi
  • 26-08-2026, 13:00
    Polad Bülbüloğlu üçüncü dəfə evləndi
  • 26-08-2026, 12:30
    610 bal topladı, universitetə qəbul olmadı
  • 26-08-2026, 12:18
    Rektor tələbələri təbrik etdi: Sizi iki fərqli diplom gözləyir
  • 26-08-2026, 12:11
    Ermənistan Rusiyada səfərbərlikdən qaçanlara QAPI AÇDI
  • 26-08-2026, 12:05
    80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə