Jandarma Təşkilatı və Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində 132 qeyri-qanuni miqrant və onların qanunsuz yollarla ölkədən çıxmasına kömək edən 9 təşkilatçı saxlanılıb. Miqrant qaçaqmalçılığı təşkilatçılarından 4-ü barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərlə bağlı prosessual tədbirlər davam edir.