Argentinanın “Real Politik” xəbər agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə geniş yer ayırıb. Məqalədə qeyd olunub ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illərdə Vatikan ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndiyini vurğulayıb. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü bildirib.