Ölkədə bir çox departamentdə dronlarla müşahidə üçün prefekturalar tərəfindən rəsmi qərarlar qəbul edilib. Bu qərarlar Paris, Lyon, Bordo, Strasburq, Monpelye kimi iri şəhərləri əhatə etməklə yanaşı, kiçik şəhərlər və kənd yerləri də daxil olub.
Dronlar bütün səmanı nəzarət altına alıb.
Paris və ətraf departamentlər (Hauts-de-Seine, Seine-Saint-Denis, Val-de-Marne) bütün gün ərzində 10 dronla eyni anda müşahidə olunur. Limoj şəhərində 2 dronun sentyabrın 11-i səhər 6:00-a qədər fəaliyyətinə icazə verilib. Drome departamenti isə dronları termal kameralarla təchiz edib ki, bu da gecə və səhər saatlarında da izləməyə imkan yaradır. Renn və Bordo şəhərləri tam müşahidə altında olduğu bildirilir. Orn departamentində isə bütün ərazi dron nəzarətinə daxil edilib.