MTŞ-nin cümə axşamı verdiyi açıqlamaya görə, təhdidlərin artması İsrailin İran və Qəzza zolağında son hərbi əməliyyatlarından sonra hücum ehtimalının çoxalması, həmçinin bölgədə Fələstini dəstəkləyən əhvali-ruhiyyənin güclənməsi ilə bağlıdır.
Yenilənmiş tövsiyəyə əsasən, İsrail BƏƏ üçün “üçüncü səviyyə” xəbərdarlığını davam etdirir, insanları qeyri-vacib səyahətlərdən çəkinməyə və bu ölkəyə səfər planlarını ciddi şəkildə nəzərdən keçirməyə çağırır.
MTŞ yəhudi bayramları və şənbə günlərində BƏƏ-də İsrailin və yəhudilərin hədəf alınması halları ilə bağlı xüsusi narahatlıq ifadə edib.[spoiler][/spoiler]